Məhkəmə hakimi öldürüldü
4 Noyabr 2013 20:59 (UTC+04:00)
Mahaçqalada Federal məhkəmənin Lenin rayonu üzrə hakimi Zeynəddin Madaov öldürülüb.
Lent.az-ın "interfaks"-a istinadən məlumatına görə, istintaq komitəsinin respublikadakı idarəsindən bu haqda bildirilib: "Dəqiqləşdirilmiş məlumata əsasən, Z.Madanov Federal məhkəmədə işləyib. Olay yerində istintaq briqadası işləyir. Hadisənin baş verdiyi şərait öyrənilir".
AzNews.az