Jirinovski “Rus marşı” çərçivəsində mitinq keçirdi

4 Noyabr 2013 21:17 (UTC+04:00)
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski bu gün keçirilən "Rus marşı" çərçivəsində Moskvanın Puşkin meydanında mitiq keçirib. Rusiya mətbuatı bildirir ki, çıxışı zamanı o, Kondopoqa və Biryulevo hadisələrindən danışıb.

LDPR lideri cənublu miqrantları hər şeyi ələ keçirməkdə, dövləti isə səssiz qalmaqda ittiham edib: "Dostlarımız cənubdan gəldilər və hər şeyi - mağazaları, klublar, diskotekalar, barları əllərinə götürdülər. Adamları aldadırlar, döyürlər, öldürürlər. Milis heç nə etmir, hakimiyyət heç nə etmir, hər şeyi satın alıblar".

Bundan sonra Vladimir Jirinovski öz siyasətində iqtidarsız olduğundan bəhs edib.

AzNews.az