Şəkidə yol qəzası baş verib, yaralılar var

4 Noyabr 2013 22:43 (UTC+04:00)
Şəki rayonunda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza Şəki-Qax yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonu Baş Göynük kənd sakini, 1980-cı il təvəllüdlü Aslanov Asif İsmayıl oğlunun idarə etdiyi 55-BN-495 dövlət nişan nömrəli, VAZ-2106 markalı avtomobil Balakən rayon sakini, Dundarov Elvin Vahid oğlunun idarə etdiyi 10-MR-642 dövlət nişan nömrəli LADA 21112 markalı avtomobil ilə toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü Asif Aslanov və LADA 21112-də olan sərnişin, Balakən rayon sakini, 1994-cü il təvəllüdlü Dibirov Elnur Şamil oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəkinin Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az