8 yaşlı qız itkin düşdü
5 Noyabr 2013 09:14 (UTC+04:00)
Bakıda 8 yaşlı qız itkin düşüb.
Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, ötən gecə Bakı şəhər sakini Mübariz Kazımov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, qızı, 8 yaşlı Fidan Kazımlının noyabrın 4-də, saat 12.00 radələrində dərsə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Daxil olan məlumat əsasında polis tərəfindən F. Kazımlının axtarışlarına başlanılıb.
AzNews.az