İranlı komandir Suriyada öldürüldü
5 Noyabr 2013 12:25 (UTC+04:00)
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kirman şəhər birləşməsinin komandanı Məhəmməd Cəmalipakalen Suriyanın paytaxtı Dəməşqdə öldürülüb.
AzNews.az İranın "Mehr" xəbər agentliyinin istinadən xəbər verir ki, müxalif qruplar tərəfindən öldürülən İran İnqilab Keşikçilər komandirlərindən Məhəmməd Cəmalipakalə sabah Kirman şəhərində dəfn olunacaq.
Məhəmməd Cəmalipakalənin Hz. Zeynəb türbəsini müdafiə etmək üçün könüllü olaraq Dəməşqə getdiyi bildirilir.
Elman
AzNews.az