Jurnalistlər üçün seminar keçiriləcək

5 Noyabr 2013 14:09 (UTC+04:00)
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramı çərçivəsində jurnalistlər üçün seminar təşkil edəcək.

Cəmiyyətdən verilən məlumata görə, seminar 14-15 dekabr tarixlərində Quba şəhərində baş tutacaq. Budəfəki seminarın mövzusu "Torpaq sahələri və evlər üzərində mülkiyyət hüququ – qanunvericilyin tətbiqinə dair aktual məsələlər"dir. Seminarda iştirakla bağlı müraciət üçün dekabrın 5-dək müraciət etmək olar.

Ətraflı məlumat almaq üçün 497-15-88 nömrəli telefonla GIZ-in layihə bürosuna müraciət etmək olar.

Maraqlananlar əlaqələndirici şəxs Şakir Səfərbəyovla (e-mail:shakir.safarbekov@giz.de) əlaqə saxlaya bilərlər.

Elnarə
AzNews.az