Nadir Qafarzadə ifşa olundu- Eksklüziv -audio

6 Avqust 2012 10:47 (UTC+04:00)

Şou-biznes əhlinin toy qiymətləri insanlar üçün həmişə maraqlı olub. Biz də bu qiymətləri öyrənib oxucularımıza təqdim etmək fikrinə düşdük. Xatırlayırsınızsa, bir neçə gün öncə özünü səhnəmizin "Əjdahası" adlandıran Nadir Qafarzadənin toy qiymətini öyrənib yayınlamışdıq. Müğənninin prodüseri Musa bəy N. Qafarzadənin toy qiymətinin 4 dəqiqəsinin 2000 manat olduğunu demişdi. Bu məbləğın bizdə şübhə yaratdığından başqa üsulla məlumatı dəqiqləşdirərmək istədik və maraqlı bir faktla üzləşdik: şübhəmiz əbəs deyilmiş. Bu dəfə prodüserə media nümayəndəsi kimi deyil, müştəri qismində zəng vurduq. Məlum oldu ki, prodüser nəinki, məbləğı səhv deyib, hətta sən demə, "4 dəqiqəlik" oxumaq yalan məlumat imiş. Çünki biz ona müştəri kimi müraciət edəndə 4 dəqiqə deyil, ən azı yarımsatrlıq gələcəyini bildirdi. O ki, qaldı qiymətə, 4 dəqiqəsi 2000 manat deyil, yarım saatı 2500 manat olduğunu bildirdi.





Səadət Abbaslı

AzNews.az