Zaqatala ilə “Haqq-hesab”

5 Noyabr 2013 16:33 (UTC+04:00)
AzNews.az "Haqq-hesab" layihəsində bu dəfə Zaqatala rayonunda həyata keçirilən yenidənqurma işlərini oxucuların ixtiyarına verir.


Prezident İlham Əliyevin son illərdə Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.

Sərəncama əsasən Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Digər bir sərəncamla isə 16 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb.

Qeyd edək ki, 121 394 nəfər əhalisi olan Zaqatala rayonu 1 şəhər, 2 qəsəbə, 59 kənddən ibarətdir. Zaqatala şəhərinin əhalisi 20 mindən artıqdır.

AzNews.az