Serj Sarkisyan həmsədrləri qəbul edıb

5 Noyabr 2013 18:10 (UTC+04:00)
Ermənistana səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu ölkənin prezidenti Serj Sarkisyanla görüş keçiriblər.
APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin indiki mərhələsi və sonrakı addımlar müzakirə edilib.

AzNews.az