Parlamentarilərin adları açıqlandı

6 Avqust 2012 11:19 (UTC+04:00)


Azərbaycan Gənclər Parlamentinə imtahan verən namizədlərin növbəti mərhələyə keçənlərin adları açıqlanıb. Yekun olaraq daxil olan 1187 ərizədən 809 ərizə təsdiqlənərək namizədlər imtahana dəvət olunub. Qeyd edək ki, imtahanlar Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiya tərəfindən 23, 24, 25 iyul və 1, 2 avqust 2012-ci il tarixlərində keçirilib.

İmtahanlara ümumilikdə 543 namizəd iştirak edib və ən yüksək nəticə toplayan 208 nəfər növbəti mərhələyə keçmə şansı əldə edib. Siyahı tam olaraq Azərbaycan Gənclər Parlamentinin rəsmi saytında (www.agp.az) yerləєdirilibє Mьsahibə mərhələsinin tarixi və vaxtэ ilə baрlэ məlumatlar yaxэn vaxtlarda aзэqlanacaq.

Xatэrladaq ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülən uzunmüddətli bir layihədir.

Onu da bildirək ki, layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fakir və təcrübələrin müxtəlifliyini təbliğ etmək, həmçinin, Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.


Sevinc

AzNews.az