Ərinin sevgilisini küçədə lüt gəzdirdi - QİSAS

6 Noyabr 2013 10:22 (UTC+04:00)

Rusiyanın Tula şəhərində ərinin ona xəyanət etdiyini bilən qadın qəribə cəza fikirləşib. O, ərinin sevgilisini soyunduraraq şəhərin küçələrində gəzdirib.

AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, olayla bağlı istintaq artıq başa çatıb və iş məhkəməyə göndərilib.

Məlum olub ki, aldadılan qadın ərini sevgilisi ilə "münasibətləri aydınlaşdırmaq üçün" onun yaşadığı mənzilə gəlib. Həmin vaxt qadının əri də sevgilisinin evində olub. Ər arvadının səsini eşidən kimi evi arxa qapıdan tərk edib.

Mənzilə daxil olan qadın və onunla birlikdə gələn rəfiqəsi zorakılığa əl atıb. Onlar qadının saçlarını kəsib, paltarlarını soyundurub və küçədə lüt gəzdiriblər. Bundan sonra qadın xəstəxanaya yerləşdirilib və polisə şikayət edib.

Elnur
AzNews.az