AMEA-da yeni şura yaradıldı

6 Noyabr 2013 15:49 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şura yaradılıb.

Trend-in məlumatına görə, yeni şura Layihələrin Ekspertizası və Koordinasiyası Şurası adlanır.

Akademiyanın vitse-prezidenti İbrahim Quliyev Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, ölkədə elmi tədqiqatların nəticələrinin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi zərurəti yaranıb:

"Bu, elmi fəaliyyət sahəsində innovativ mexanizmlərin tətbiqi sahəsində islahatların həyata keçirilməsinin vacibliyini önə çıxarır".

AzNews.az