Bərdədə mikroavtobus qəzaya uğradı: yaralılar var

6 Noyabr 2013 16:02 (UTC+04:00)
Mikroavtobus yolun kənarında dayanan minik avtomobilinə çırpılıb.

Bu gün Bərdədə baş verən yol qəzası 3 nəfərin xəsarət alması ilə nəticələnib. Anspress verdiyi məlumata görə, Bərdə-Yevlax yolunda, Bərdənin Cəyirli kəndindən keçən hissəsində 1 saylı marşrutla işləyən mikroavtobus yolun kənarında dayanan "VAZ-2107" markalı minik avtomobilini arxadan vurub.

Qəza nəticəsində minik avtomobilində olan 3 sərnişin xəsarət alıb. Yüngül xəsarət alan sərnişinlərdən biri eninə göndərilsə də, daha 2 sərnişin Səxavət Sədirxanov və Roza Sədirxanova xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti qənaətbəxşdir.

Qəza ilə bağlı Bərdə polisi araşdırma aparır.

AzNews.az