Rumıniyada şən qəbiristanlıq mövcuddur

6 Noyabr 2013 19:43 (UTC+04:00)
Rumıniyanın Sapıntsa şəhərində "Şən qəbiristanlıq" vardır. Qəbiristanlığın "Şən qəbiristanlıq" adını daşımasına səbəb burada olan qəbirlərin xaçlarının üzərində ölən adamların məşğuliyyəti və həyatından olan səhnələrin rəngli rəsmlərlə çəkilməsi, adamların şəxsiyyəti barədə yumorla şerlər yazılmasıdır. 1935-ci ildə yunan-katolik keşişinin, eyni zamanda, rumın dili və latın dili müəllimi olan Qrigore Ritiunun təşəbbüsü ilə xaçların enini bir az böyütmüş kitabə üçün yer qoymuşdur. 1960-ci ildən bəri qəbiristanlıqda 800-ə yaxın belə xaç vardır. İndiki qəbiristanlıq açıq havada muzeydir. Bəzi xaçların hər iki tərəfində rəsmlər görmək olar. Bir tərəfdə ölən adamın həyatı, arxasında isə ölümün səbəbi göstərilmişdir.(Azər Tac)