Rusiya boksçusu həmişəlik komada qala bilər

6 Noyabr 2013 23:39 (UTC+04:00)
AzNews.az NTV-yə istinadən xəbər verir ki, Rusiya boksçusu Maqomed Abdulsalamov kubalı boksçu ilə döyüşdən sonra həmişəlik komada qala bilər.Dünən axşam o, insult keçirib. Hələ ki, həkimlər dəqiq proqnoz verə bilməyib.
Natan Levkoviç, Maqomed Abdulsalamovun promoyteri:"Ola biulər o həmişəlik komada qalsın, amma ola bilər o, bu vəziyyətdə bir neçə həftə qalsın. Heç kim bilmir. Həkimlər vəziyyətə nəzarət edirlər".
Rusiya boksçusu bütün karyerası boyu ilk dəfə uduzub. Kubalı Mayk Peres onu əməlli başlı döyub.
Ölümcül döyüş bazar günü axşam baş tutub. Abdulsalamov rinqdən əli və burnu sınmış vəziyyətdə, dəhşətli baş ağrıları ilə çıxıb. Həkimlər onun beynində kiçik bir qançır müəyyən edərək onu göturublər. Dünən axşam isə idmançı komaya düşüb.

AzNews.az