İranda zəlzələ

7 Noyabr 2013 08:00 (UTC+04:00)
İranda 3.3 bal gücündə zəlzələ olub. APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Cənubi Xorasan vilayətinin Sarayan şəhərində 10 km yerin dərinliyində qeydə alınıb.

Tehran universitetinin geofizika institutunun seysmik mərkəzinin yaydığı məlumatda bildirilir ki, zəlzələ noyabrın 6-da yerli vaxtla saat 23.53-də olub.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

AzNews.az