Bərbərxanaya silahlı hücum: 3 ölü, 6 yaralı

7 Noyabr 2013 09:08 (UTC+04:00)
ABŞ-ın Detroit şəhərində bərbərxanaya silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə Trend məlumat verir.

İddialara görə, müəyyən vaxtlarda qumar oyunlarının da keçirildiyi bərbərxanaya girən və şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs ətrafa atəş açıb.

İlkin məlumatlara görə, hadisə yerində 3 nəfər həyatını itirib. Yaralanan 6 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisə şahidləri hücumun qumarla əlaqədar ola biləcəyini qeyd ediblər.
Polis cinayətkarı tapmaq üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

AzNews.az