Bakıda kukla festivalı keçiriləcək
7 Noyabr 2013 09:23 (UTC+04:00)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.
Festival Mədəniyyət və Turizm Nazirliyi və UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının təşkilatçılığı ilə ərsəyə gələcək.
AzNews.az xəbər verir ki, noyabrın 9-dan 16-dək davam edəcək festivalın açılış mərasimi Dövlət Kukla Teatrında olacaq.
Festival çərçivəsində 11 ölkədən kukla teatrları - Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan "Yuki" Teatrı, İtaliyadan Teatro Verde Burattini, "Kapra Ballerina", Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan "Zorin dom" Karlovaç Şəhər Teatrı, İsveçrədən "Le Ginyöl A Roulettes" Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan "Ekiyat" Tatar Dövlət Teatrı çıxış edəcək.
Festival zamanı UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcək.
Bahar Rüstəmli
AzNews.az