İlham Əliyev andiçmə mərasiminə dəvət olundu

7 Noyabr 2013 11:22 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək andiçmə mərasiminə dəvət olunub.

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze APA-ya bildirib ki, Gürcüstan XİN-in müvafiq dəvət məktubu noyabrın 1-də Azərbaycan prezidentinə göndərilib.

Eyni zamanda Azərbaycanın baş naziri Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov da inauqurasiya mərasiminə dəvət alıb.

AzNews.az