Əbülfəs Qarayev Şirvana gedəcək

7 Noyabr 2013 11:58 (UTC+04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 18-də Şirvan şəhər Mərkəzi Mədəniyyət evində vətəndaşları qəbul edəcək. Nazirlikdən verilən məlumata görə, qəbulda Şirvan şəhəri, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın, Füzuli rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar mct@mct.gov.az elektron poçt ünvanı, 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

AzNews.az