Mirəlioğluna yenə ağır itki – Faciə

7 Noyabr 2013 12:02 (UTC+04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluya ağır itki üz verib. AzNews.az-ın məlumatına görə, M. Mirəlioğlunun yaxın qohumları - əmisi oğlanları Hacı Mirsütun Əzizov və Hacı Ramazan Babayev avtomobil qəzası zamanı həlak olublar.

Hadisə Lənkəran rayonu Boradigah qəsəbəsinin ərazisində baş verib. M.Əzizovun idarə etdiyi "VAZ-21145" markalı və Lənkəran şəhər sakini Elnur Abdullayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Əzizov və sərnişin – R.Babayev qəza zamanı keçiniblər.

Qeyd edək ki, M. Mirəlioğlunun ötən il qızı dünyasını dəyişib. Ondan əvvəl isə gənc və yeniyetmə yaşında iki oğlu da dünyasını dəyişib. Onun oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib.

Allah rəhmət eləsin!

Ramil
AzNews.az