Milli Şurada razılıq əldə olunmadı
7 Noyabr 2013 13:32 (UTC+04:00)
Demokratik Qüvvələrin Milli Şurasının fövqəladə toplantısı keçirilib.
Milli Şuradan AzNews.az-a verilən məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən iclasda Milli Şurada təmsil olunan partiya liderləri və komitə sədrlərinin bir hissəsi iştirak edib. Mətbuat üçün qapalı keçən yığıncaqda Milli Şuranın seçkidən sonrakı fəaliyyət istiqamətləri, həmsədrlik institutu ciddi müzakirə mövzusu olub.
İclasda əsas müzakirə mövzusu qurumun rəhbər strukturunun formalaşdırılması olub. Məlumat da o da qeyd olunub ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun həmsədrlik institutunun yaradılması ilə bağlı təklifi iclasda daha ziddiyyətli müzakirələrə səbəb olub və yekdil rəyə gəlinilməsində problem yaranıb. Bu məsələ ilə bağlı təkliflər müxtəlif olduğundan müzakirələrin davam etdirilməsi qərara alınıb. Milli Şuranın sessiyasının isə Cəmil Həsənlinin ABŞ-a səfərindən sonra keçirilməsinə dair də razılıq əldə olunub.
Bahar
AzNews.az