Nazir köməkçisi jurnalistlərin gözü qarşısında döyüldü
7 Noyabr 2013 13:47 (UTC+04:00)
Braziliyanın Rio De Janeyro şəhərində nazir köməkçisi mətbuatın gözü qarşısında döyülüb. Hadisə nazir köməkçisinin bir avtoparkın dövlət tərəfindən müsadirə edilməsi ilə bağlı mətbuata açıqlama verməsi zamanı baş verib.
Şəhərə ictimai nəzarət üzrə nazir köməkçisi Alex Kosta mətbuatın qarşısında avtopark sahibinin hücumuna məruz qalıb. Obyekt sahibi nazir köməkçisinin başına yumruq vurub. Kosta aldığı zərbədən səndələyərək yerə yıxılıb.
Hadisə yerinə gələn çox sayda təhlükəsizlik xidməti əməkdaşı obyekt sahibini həbs edıb. Hadisədən şoka düşən nazir köməkçisi isə açıqlama vermədən ərazini tərk edib.
Elman
AzNews.az