Tovuzda müdhiş olay: qızı zorla qaçırdılar; polis cinayətkarla anlaşdı - Özəl (Yenilənib)

7 Noyabr 2013 14:51 (UTC+04:00)

Qızı qaçırılan ata AzNews.az-a danışdı


Tovuz rayonunda qızı qaçırılan şəxs Tovuz şəhər sakini Ramiz Qələndərov hadisə ilə bağlı AzNews.az-a açıqlama verib.

Onun sözlərinə görə, qızı Gülnarə Qələndərova oktyabrın 31-də qaçırılıb: "Onu Elnur adlı şəxs qaçırıb. Mən o ailəni tanımıram. Heç oğlanla da əvvəlcədən tanışlığım olmayıb. Amma qızım tanıyırmış. Sonradan əlaqəsini tamam kəsib. Oktyabrın 31-də isə Elnurun bacısı qızıma guya nəsə demək bəhanəsi ilə onu aparıb. Bu barədə məlumat alan kimi polisə müraciət etdik. Noyabrın 1-də qızım polisə verdiyi izahatda oğlana könüllü qaçdığını bildirib. Sonradan xalası qızına ismarış yollayıb. Həmin ismarışda da gəlib onu aparmağımızı xahiş edib. Ancaq polis neçə gün idi məsələni uzadırdı. Polis şöbəsinin əməliyyat üzrə rəis müavini dünən axşam mənə dedi ki, gedirik qızını gətirib sənə verəcəyik. Getdilər də. Ancaq qızı qaytarmadılar. Ümumiyyətlə, bir həftədir ki, məsələni uzadırlar. Nəhayət, bu gün isə qızımı rayon Polis şöbəsinə çağırdılar. Artıq məsələ həll olundu. Qızım orada dedi ki, atamla gedirəm. Bayaqdan Polis Şöbəsində idik. Qızımı götürüb gedirəm. Şikayətçi də deyiləm. O oğlanla bağlı polisin nə qərar verəcəyi ilə də maraqlanmıram".

AzNews.az dərhal rayon RPŞ ilə əlaqə saxlayaraq, qaçıran şəxslə bağlı hansı tədbir görüləcəyi ilə maraqlanıb.

Lakin müstəntiq Namiq Kərimovla danışmaq mümkün olmayıb. Belə ki, Qələndərovların RPŞ-dən yenicə ayrılmasına baxmayaraq, növbətçi hissədən müstəntiqin yerində olmadığı bildirilib, faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməyimiz tövsiyə olunub.

***
15:13
Tovuz rayonunda Ramiz Qələndərov adlı şəxsin qızını zorla qaçırıblar.

Amma o, qızını geri ala bilmir. Bu barədə AzNews.az-a rayondan məlumat verilib. Məlumatda qızın adının Gülnarə olduğu, yetkinlik yaşına çatsa da, istəmədiyi adam tərəfindən qaçırıldığı deyilir. Qaçıran şəxs də Tovuz şəhər sakinidi. Onun Elvin adlı şəxs olduğu bildirilir.

Mənbə bildirir ki, qızı qaçıran şəxsin yeri bilinsə də, polis məsələni həll etmir: "Polislə anlaşıblar. Qızın qışqırığını bütün qonşular eşidir. Amma polis onu azad etmir. Deyillər ki, bir-iki gün qalandan sonra sakitləşəcək".

Faktı Tovuz rayon Polis şöbəsi təsdiqləyib. Tovuz RPŞ-nin müstəntiqi Namiq Kazımov AzNews.az-a açıqlamasında bildirib ki, fakt üzrə müvafiq tədbirlər görülüb. Qaçırılan qızın da ifadəsi alınıb və o, öz ifadəsində polisə bildirib ki, qaçırılması könüllü olub: "Dünən axşam getdik. Qız bizə yenə könüllü getdiyini dedi. Anası da bizimlə idi. Problemi ailə şəraitində deməyə çəkinəcəyi ehtimalını nəzərə alaraq, biz qızı bu gün Polis Şöbəsinə dəvət etmişik. Burada yenidən söhbət edəcəyik. Qərarı isə bundan sonra verəcəyik".

Qeyd edək ki, qız qaçırılması ölkədə insan oğurluğu kimi qiymətləndirilir və əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Sadə oğurluqdursa, 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Əgər yetkinlik yaşına çatmamış şəxsi, iki və daha çox şəxsi oğurlayıbsa və yaxud da xəsarət yetirərək, hədə-qorxu gələrək oğurlayıbsa, ağırlaşdırıcı hallarda bu əməllər tövsif olunur. Buna görə də 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəni burada subyekt elə də əhəmiyyət kəsb etmir.

Material sayta qoyulan zaman qızın atası iklə əlaqə yaratmaq mümkün oldu. Bir qədər sonra həmin şəxsin dediklərini diqqətinizə çatdıracağıq.

Ruhiyyə
AzNews.az