Bakıda avtoqəza: 1 ölü, 4 yaralı

7 Noyabr 2013 16:20 (UTC+04:00)
Noyabrın 7-də saat 02.20 radələrində paytaxtın Nizami rayonu E.Süleymanov küçəsində Bakı şəhər sakini İlham Sarıvəliyev idarə etdiyi "Daewoo" markalı avtomaşını yolun kənarında saxlanılmış Gürcüstan vətəndaşı Eldar Osmanova məxsus "Mercedes" markalı avtomaşına vurub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə xəsarət almış İ.Sarıvəliyev və sərnişinləri, Yevlax rayon sakini Rauf Həsənov, Bakı şəhər sakinləri Rauf Mahmudov, Rəşad Allahverdiyev, Elmar Yusifov və 30-35 yaşlı kişi xəstəxanaya yerləşdirilib, E.Yusifov orada ölüb.

AzNews.az