An-26 - nın məcburi enişi xəbəri zarafat oldu

7 Noyabr 2013 21:40 (UTC+04:00)
Rusiya mətbuatı Yamala-Nensk muxtar vilayətində, Selexardın cənubundan 205 km. aralı, Moskva vaxtı ilə 15.25-də An - 26 təyyarəsinin məcburi eniş etməsi barədə məlumat yaymışdı. Guya təyyarədə 26 nəfər olub, heç kim xəsarət almayıb. Sonra məlum olub ki, bu tezlikdən efirə yayılan həyəcan siqnalı radiopiratların axmaq zarafatı olub. Onlar bir dəfə də belə zarafat ediblər. Buna baxmayaraq Rusiya xilasediciləri An-26-nı axtarmaq qərarına gəliblər.

AzNews.az