Nazirliyin qarşısında avtomobil partladı

7 Noyabr 2013 21:58 (UTC+04:00)
Təl-Əvivdə, İsrail Müdafiə Nazirliyinin binası qarşısında avtomobil partlayıb.

Lent.az-ın "gazeta.ru"-ya istinadən məlumatına görə, bu haqda "Ynet" portalı xəbər yayıb.

Mənbə bildirib ki, cinayət məhkəməsinin yanında dayanan avtomobil prokurorun imiş.

Partlayış nəticəsində xəsarət alan olmayıb.

Olay yerində mütəxəssislər və uyğun qurumun əməkdaşları araşdırma aparıb.

AzNews.az