Ən güclü tayfun yaxınlaşır

7 Noyabr 2013 22:06 (UTC+04:00)
Filippinə bu ilin ən güclü qasırğası yaxınlaşır. Yerli hökümət və əhali Xayan tayfunun gəlişi ilə bağlı ciddi hazırlıq işlərinə başlayıb. Sinoptiklərin proqnozlarına görə, tayfunun özüylə gətirəcəyi küləyin sürəti saatda 300 kilometrə çata bilər və bunun kifayət qədər ciddi fəsadlara yol açacağı istisna edilmir.

Siklonun ümumu çevrəsi 600 kilometr məsafəni əhatə edir. Fəlakətin keçəcəyi ərazidə 12 milyona yaxın insan yaşayır. Digər problematik məqam, həmin ərazidə küləyin gücünü azaldacaq dağların olmamasıdır. Üstəlik gözlənilən fəlakət zonasında dünyanın ən məşhur kurort məkanlarından olan Boxol və Borakay yerləşir.

Hökümət artıq daşqınların gözlənildiyi düzənlik ərazidə yaşayan əhalinin, həmçinin çadırlarda və müvəqqəti sığınacaqlarda yaşayan sakinlərin evakuasiya olunmasına dair göstəriş verib.

Filippin hər il yay və qış aylarında çoxsaylı iqlim aktivliyinin mərkəzinə çevrilir və çox vaxt əhali bir təbii fəlakətin fəsadlarından özünü gəlməmiş, başqası ilə üzləşib.(ANSPRESS)