Dubay polislərinin bahalı avtomobilləri

7 Noyabr 2013 22:31 (UTC+04:00)
Dubay polislərinin istifadə etdiyi xidməti avtomobillər sırasına ən bahalı avtomobillərdən sayılan "Mercedes-Benz G63 AMG Brabus" modeli daxil olunub.

Son dəyişiklikdən əvvəl polislərin istifadə etdiyi avtomobillər də kifayət qədər yüksək qiymətə malik vasitələr olub: "Aston Martin One-77", "Lamborghini Aventador", "Ferrari FF", "Mercedes SİS AMG" və "Bentley Continental".

Yeni "Mercedes-Benz G63 AMG Brabus"un texniki göstəricilərindən məlum olan odur ki, avtomobil 690 at gücü və 5.5 litrlik qoşa turbolu V8 tipli mühərriklə təchiz olunub.(Axar.az)