Dost dostu bıçaqladı - VİDEO

7 Noyabr 2013 23:32 (UTC+04:00)
Şamaxının Kələxana kəndində bıçaqlanma hadisəsi baş verib. Əslən Cəbrayıl rayonundan olan Kələxana kəndində məskunlaşmış məcburi köçkün 29 yaşlı Vəzir Əbdüləliyev həmkəndlisi 31 yaşlı Mahmud İslamov tərəfindən bıçaqlanıb. İşdən gələn Vəzir Mahmudla bir yerdə söhbət edərkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Mahmud üstündə gəzdirdiyi bıçaqla Vəzirə 3 bıçaq zərbəsi endirib. Daha sonra hadisə yerindən qaçıb. Xəstəxanaya gətrilən Vəzir cərahiyyə əməliyatından sonra reanimasiya şöbəsinə yerləşdirlib.

Həkim Səməd Fətəliyev yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirib. "Xəstəxanaya daxil olan zaman xəstənin vəziyyəti çox ağır idi. Müayinə zamanı bıçaq xəstənin öd kisəsini, qaraciyərini zədələmişdir. Xəstənin vəziyyəti ağır olduğu üçün təcili əməliyyat edilmişdir. Hal-hazırda, xəstə reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağırdır".

Deyilənə görə, tərəflər arasında indiyə qədər hər hansı bir ədavət yaşanmayıb. Biçaqlanmanın baş vermə səbəbi isə ilkin ehtimallara görə hər iksinin içkili vəziyyətdə olmasıdır. Hadisəni tördən şəxs Şamaxı polisi tərəfindən saxlanılıb. Hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.




AzNews.az