Hərbi bazaya hücum: 15 əsgər öldü
8 Noyabr 2013 09:06 (UTC+04:00)
İraqın paytaxtı Bağdadın şimalında ət-Tarimiyyə bölgəsində hərbi bazaya 2 bombalı avtomobillə təşkil edilən hücumda 15 əsgər ölüb, onlarla hərbi qulluqçu isə yaralanıb.
Trend-in verdiyi məlumata görə, hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə ilə əlaqədar hələlik rəsmi açıqlama verilməyib.
AzNews.az