Cəbhədə gərginlik davam edir

8 Noyabr 2013 09:38 (UTC+04:00)
Erməni hərbiçilər Ağdam və Füzuli istiqamətlərində atəşkəs rejimini pozub.

AzNews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az