Almaniya onlarla ölkəyə xarab ət satır – QALMAQAL

8 Noyabr 2013 10:13 (UTC+04:00)
Almaniyanın Aşağı Saksoniya əyalətindəki bir qida şirkətinin keçmiş işçiləri, firmanın xarab olmuş ət tullantılarını ucuz qiymətə alaraq təzə ətlərə qarışdırdığını və satışa çıxardığını iddia edib.

Almaniya dövlət televiziya kanalı ARD-in "Plusminus" adlı proqramda, xüsusilə gecələr xarab ətlərin təzə ətlərə qatıldığını iddia edən keçmiş işçilər, şirkətdə həftədə orta hesabla 50 və 100 ton arasında xarab ətin istifadə olunduğunu bildiriblər. İstehsal olunan bu cür məhsulların böyük bir hissəsinin Rusiya, Rumıniya və bəzi Afrika ölkələrinə ixrac edildiyi, Almaniyanın özündə də məhsulların bir qisminin satıldığı qeyd edilib.

Laboratoriya araşdırmaları zamanı nümunələrdən yüksək nisbətdə bakteriya aşkarlanıb və bunun insan sağlamlığı üçün təhlükəli olduğu bildirilib. Laboratoriyadan çıxan nəticələr Oldenburg Prokurorluğuna göndərilib və hadisə ilə bağlı istintaq başladılıb.

Elman
AzNews.az