Hamilə qadın küçələrdə qalıb - VİDEO

8 Noyabr 2013 18:36 (UTC+04:00)
Bakıda kişi hamilə həyat yoldaşını evdən qovub. 31 yaşlı Arzu adlı qadın artıq 10 gündür ki, Yasamal rayonu ərazisindəki parkda gecələyir. Qadının sözlərinə görə, həyat yoldaşı doğulacaq yeni körpənin ondan olmasına şübhə edərək xanımını evdən qovub. Hamilə və çarəsiz vəziyyətdə qalan qadına zərbəni tək həyat yoldaşı yox, elə ailə üzvləri də vurub. Valideynləri də gənc qadının hazırki vəziyyətini nəzərə almayıb və onu evə yaxın buraxmayıb.

Ailəsi, yaxınları tərəfindən rədd edilən qadına bu çətin vəziyyətdə Suraxanı rayonu 3 saylı doğum evinin həkimləri arxa durub. Xəstəxanaya yerləşdirilən qadına lazımi yardım göstərilib. Geyimlə, yeməklə təmin olunub. Müayinə və müalicə edilib. Xəstəxanadan bildirildi ki, o hələ bir müddət həkim nəzarəti altında qalmalı olacaq.

Səhiyyə Nazirliyndən isə ANS-ə bildirdilər ki, qadına tibbi cəhətdən bütün lazımi yardım göstəriləcək.





AzNews.az