Yararsız ərzaq məhsulları məhv edildi
8 Noyabr 2013 19:03 (UTC+04:00)
Respublika üzrə aparılan manitorinqlər zamanı satışda yararsız ərzaq məhsulları aşkarlanıb. ANS PRESS-in İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumilikdə monitorinqlər zamanı 560 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu məhsullar satışdan çıxarılaraq məhv edilib.
Nazirlikdən verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
AzNews.az