Köməksiz vəziyyətdə qalan 2 qadın və 2 azyaşlı xilas edildi

8 Noyabr 2013 20:55 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda 2 qadın və 1 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mənzilin giriş qapısının kilidi sınıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən aıb və zərərçəkmişlərin xilas olunması təmin edilib.

Digər bir məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mənzilin giriş qapısı təsəadüfən kilidlənib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açıb. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

AzNews.az