Qadın kamera qarşısında intihar etdi- Dəhşət (FOTO)

9 Noyabr 2013 11:00 (UTC+04:00)
Meksikada 22 yaşlı Tenia adlı gənc qadının intiharı ölkəni şoka salıb.

Qadın intiharı barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb. O Vebkamera vasitəsilə ailəsi və keçmiş sevgilisi Culio ilə sağollaşıb.

"Hər kəsə əlvida. Mənim heç nəyim yoxdu, mənə heç nə lazım deyil. Julio mən səni sevirəm. Məni heç vaxt unutma. Mən sizləri gülüşlə tərk edirəm, necə ki, o məni xoşbəxt etmişdi. Ailəmdən əməlimə görə üzr istəyirəm", - deyə Tenia yazıb.

Daha sonra qadın özünü asıb. Qadın kamera qarşısında intihar edib. Və onun intihar anları saniyəsinə qədər kamera vasitəsilə "Facebook"dakı dostları tərəfindən izlənib. Bu dəhşətli anlar sosial şəbəkədə 20.000 dəfə izlənib. (anspress)