Türkiyəli deputat Azərbaycan xalqını təbrik etdi

9 Noyabr 2013 13:58 (UTC+04:00)



Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Bu barədə Mərkəzdən trend-ə daxil olan məlumatda bildirilir.

Təbrik məktubunda tez bir zamanda Azərbaycan bayrağının Xankəndidə və Qarabağda dalğalanması arzu olunur.

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

AzNews.az