Amerika gəmiləri geri qayıdır
9 Noyabr 2013 18:35 (UTC+04:00)
ABŞ Orta Şərqdə olan iki donanma gəmisini geri çəkir.
AzNews.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Amerikanın Müdafiə Nazirliyinin sözcüsü "USS Nimitz" və "USS Graveley" adlı iki gəminin geri qayıtdığını bildirib.
Süveyş kanalından keçən gəmilərin yeni ildən əvvəl ABŞ-a geri dönməsi gözlənilir. Donanma gəmisi "USS Graveley"in də Aralıq dənizindən ayrıldığı və ABŞ-a dönməkdə olduğu qeyd edilib.
Obama administrasiyası avqust ayında Suriyanın kimyəvi silah istifadəsinə qarşı bölgədə hərbi gücünü artırıb.
ABŞ-ın 3-ü Aralıq dənizidə olmaqla bölgədə hələ də 4 gəmisi var.
Rəhim Qədirov
AzNews.az