Almaniyada “Şaxta baba“ bank yardı

9 Noyabr 2013 19:37 (UTC+04:00)
AzNews.az ITAR-TASS-a istinadən xəbər verir ki, Almaniyada "Şaxta baba" geyimində olan qadın bank yarıb. Onun iki cəhdindən birincisi uğursuz alınıb. Üzunu maska ilə gizlədən silahlı soyğunçu İllingen kommunasındakı yerli banklardan birinə daxil olaraq işçilərdən pul tələb edib. Amma müştərilərdən birinin müdaxiləsi cinayətkara nəinki pulu, hətta pistolrtini də qoyub qaçmasına səbəıb olub.
Onun ikinci cəhdi isə uğurlu olub. Bu dəfə "Şaxta baba" qonşu Eppelbornda banka hücum edərək , oradan pul apara bilib.

Yeni il ərəfələrində belə libaslarla soyğunçuluqlara tez-tez rast gəlinir. Buna bənzər hadisə 3 il əvvəl Novosibirskidə də baş verib. Pnevmatik tapança ilə silahlanmış "Şaxta baba" geyimli kişi tikinti malları hipermarketinə daxil olaraq, satıcıda olan pulları tutub alıb və marketin mühafizəçilərindən qaçaraq gizlənməyə çalışıb. Bu zaman onun əlində tutduğu içi pulla dolu torba cırılıb və 800 min rubl yerə səpələnib. Təsadüfən yaxınlıqdan keçən yol-patrul xidmətinin əməkdaşları soyğunçunun arzularını urəyində qoyublar.

AzNews.az