Yevlaxda ev yandı
9 Noyabr 2013 22:21 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yevlax rayonu, Havarlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 374 kv.m (hər mərtəbəsi 187 kv.m) olan 2 mərtəbəli 8 otaqlı evin tavan və çardağının yanar konstruksiyaları 132 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
AzNews.az