Universitet tələbələri həbs olundu

10 Noyabr 2013 16:56 (UTC+04:00)
Türkiyənin əsasən kürdlər yaşayan Hakkari şəhərinin eyni adlı universitetin 15 əməkdaşı və tələbəsi saxlanılıb. Prokurorluğunun təlimatıyla təşkil edilən əməliyyatla bağlı rəsmi açıqlama verilməyib.

Saxlanılanların ifadəsi alındıqdan sonra sabah ədliyyə orqanlarına veriləcəyi bildirilir.

Universitet tələbələrinin hansı səbəbdən saxlanıldığı məlum deyil. Türkiyə hüquq-mühafizə orqanlarından sızdırılan məlumatlarda bildirilir ki, olayla bağlı sabah geniş açıqlama veriləcək.(anspress)