Kafedə qafqazlılarla ruslar arasında kütləvi dava
11 Noyabr 2013 10:23 (UTC+04:00)
Moskvada qafqazlılarla yerli sakinlər arasında kütləvi dava olub.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxt kafelərindən birində baş verib.
Tərəflər mübahisəni həll edə bilmədiklərinə görə bıçağa əl atıblar. Bundan sonra kafedə silahlardan atəş açılıb.
DİN bir nəfərin ağır yaralandığı barədə məlumat yayıb. Ancaq hələlik dava edən tərəflərin şəxsiyyəti açıqlanmayıb.
Elnur
AzNews.az