İçində 60 min dollarlıq qızıl olan seyf oğurlandı

11 Noyabr 2013 12:11 (UTC+04:00)
Azərbaycanda mənzildən içi qızıl və pulla dolu seyf oğurlanıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Zeynal Əlişovun evindən içərisində 60.000 dollar dəyərində qızıl əşyaları və şəxsi sənədləri olan seyfi oğurlamış Hacıqabul şəhər sakini Gülnarə Qarayeva tutulub.

AzNews.az