Yaşayış binasında partlayış: 4 ölü

11 Noyabr 2013 12:41 (UTC+04:00)

Moskvada yaşayış binasında baş verən partlayışda 4 nəfər ölüb. Onlardan biri uşaqdır.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cəsədlərin dağıntılar arasından çıxarılması hələ yekunlaşmayıb.

Dağıntılar altında 5 nəfərin qalması ehtimal edilir. İki nəfər xəstəxanaya yerləşdirilib.

Əvvəlcə partlayışın terror olması barədə ehtimallar səslənsə də, sonradan hadisənin qaz sızmasından baş verdiyi açıqlanıb.

Elnur
AzNews.az