Tələbələri daşıyan avtobus aşdı: 1 ölü, 16 yaralı
11 Noyabr 2013 13:25 (UTC+04:00)
Türkiyənin Manisa şəhərində universitet tələbələrini daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Trend-in məlumatına görə, Cəlal Bayar Universitetinin tələbələrini daşıyan mikroavtobus Manisa-Menemen yolunun 14-cü km-də yoldan çıxaraq aşıb. Qəza nəticəsində tələbələrdən biri hadisə yerindəcə dünyasını dəyişib. 1-i ağır olmaqla 16 tələbə isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
AzNews.az