Ermənistan parlamenti qondarma DQR-in tanınmasını müzakirəyə çıxarır

11 Noyabr 2013 13:53 (UTC+04:00)
Ermənistan parlamentində qondarma DQR-in müstəqilliyinin tanınması məsələsi müzakirə ediləcək.

Erməni mətbuatının məlumatına görə, belə bir müzakirənin aparılmasını müxalifətçi deputat Zarui Postancyan təklif edib.

Parlamentdəki müzakirələr zamanı müsbət nəticənin əldə edilməsi gözlənilmir. Artıq Xarici İşlər Nazirliyi qanun layihəsinə mənfi rəy verib. Lakin müxalifətçilər layihənin müzakirəsində israrlıdırlar.

Elnur
AzNews.az