Arvadını ukraynalı gözəllə aldadan iş adamından sürücüsünə qəribə hədiyyə

11 Noyabr 2013 16:10 (UTC+04:00)
Türkiyəli iş adamı Nədim R. 32 illik həyat yoldaşını ukraynalı bir gözəllə aldadaraq bu gizli əlaqədən dünyaya gələn uşağı gizlətmək üçün qəribə yol seçib.

Türkiyə mətbuatının yazdığına görə, iş adamı sevgilisinin dünyaya gətirdiyi uşağı öz sürücüsünə etibar edib. Uşağı sürücünün övladı kimi rəsmiləşdirən iş adamı bu əlaqəni çox gizlədə bilməyib.

Sonunda bütün bunlardan xəbər tutan həyat yoldaşı ondan 3 milyon lirə təzminat tələb edərək məhkəməni udub. Amerikada da şirkətləri olan iş adamının 35 milyon lirəlik sərvəti də arvadı ilə bölüşdürüləcək.

Elnur
AzNews.az