Dünyanın bütün gözəlləri Azərbaycana gəlir

7 Avqust 2012 08:12 (UTC+04:00)

"Avroviziya" yarışmasından sonra ikinci ən böyük layihəyə start verilir. Bu musqi yarışması deyil, gözəllik yarışması olacaq. Məşhur prodüser Kemal Cenk İçtenin rəhbərlik edəcəyi yarışma avqustun 25-də başlayır. Yarışmaya 25 ölkə qatılacaq. Bu barədə məlumatı ekskluziv olaraq Aznews.az-a Kemal Cenk İçten verib. Onun sözlərinə görə, "Miss Civilization" adlanan yarışma iki mərhələli olacaq. Birinci mərhələdə yarışmada iştirak edəcək ölkələr öz gözəllərini seçib Azərbaycana göndərəcək. Növbəti turda isə onların içərisindən daha gözəli müəyyənləşəcək. Cenk bu yarışmaya marağın çox böyük olduğunu da söyləyib: "Təkcə Azərbaycandan 1 həftə ərzində 90 müraciət olub. Bütün dünyanı Azərbaycana bağlıyacaq bu layihənin çox uğurlu olacağına əminəm".

Əminə

AzNews.az