Bakıda kütləvi dava; 3 yaralı

12 Noyabr 2013 11:34 (UTC+04:00)
Bakıda baş verən kütləvi davada 3 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb.

Qobustan rayon sakini 25 yaşlı Vüqar Əzizov münaqişə zəminində bıçaqla Abşeron rayon sakinləri - 47 yaşlı Kamran Hüseynova və 22 yaşlı Şamil Bədəlova xəsarət yetirib. K. Hüseynov isə dəmir parçası ilə V. Əzizova xəsarət yetirib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. V. Əzizov və K. Hüseynovun vəziyyəti qənaətbəxş, Ş. Bədəlovun vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(apa)